...

Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb

Cəmiyyət Materials 3 Oktyabr 2025 11:13 (UTC +04:00)
Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300-ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay paytaxt və regionlarda daha 1290 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 223-ü istehsal və xidmət, 1067-si isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları qeyd edilən istiqamətlər üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir.

Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti