Bakı. Trend:
Britaniyaya daxil olan Emi qasırğası özüylə leysan yağışlar və şiddətli küləklər gətirərək dəmir yolu ilə sərnişindaşımada ciddi pozuntulara səbəb olub.
Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.
Britaniyanın Meteroloji Xidməti Şotlandiyanın şimal-qəbr bölgəsində şənbə gününə kimi narıncı xəbərdarlıq elan edib. Bütövlükdə ölkənin şimalında güclü külək və yağıntı ilə əlaqədar narıncı xəbərdarlıq verilib.
Qasırğanın ən çox Şotlandiyaya ziyan vuracağı gözlənilir, artıq ölkənin bir çox avtomagistrallarında hərəkət sürəti ilə bağlı məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Emi qasırğasının fəsadlarının yüz minlərlə sərnişinə təsir edəcəyi bildirilir.