...

ABŞ Polşaya F-35 qırıcıları üçün yeni raketlər satacaq

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 22:19 (UTC +04:00)
ABŞ Polşaya F-35 qırıcıları üçün yeni raketlər satacaq

Bakı. Trend:

Varşava ABŞ-dən tədarük edilən "F-35" qırıcıları üçün Vaşinqtondan ən son AIM-120D AMRAAM raketlərini alacaq.

Trend-in məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Polşa tərəfindənF-35 döyüş təyyarələri üçün ən son AIM-120D AMRAAM radarla idarə olunan hava-hava raketlərini aldığını təsdiqlənib", - deyə V. Kosinyak-Kamış qeyd edib.

Onun sözlərinə görə, Polşa yeganə ölkədir ki, bu silahı əldə etmək imkanı əldə edib.

"Bu, "F-35" təyyarələrini dünyada hamıdan ən təchizatlı edəcək, çünki raketin bu versiyasına yalnız Polşa və ABŞ-ın çıxışı olacaq", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti