...

"OpenAI" dünyanın ən bahalı özəl şirkəti olub

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 19:34 (UTC +04:00)
"OpenAI" dünyanın ən bahalı özəl şirkəti olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"ChatGPT" çatbotunun yaradıcısı olan "OpenAI" şirkəti səhmlərin səhmdarlara ikinci satışına dair sazişini həyata keçirdikdən sonra dünyanın ən bahalı özəl şirkəti olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin dəyəri 500 milyard dollar təşkil edib.

Məlumata görə, şirkətin iki ildən çox səhm sahibi olan əməkdaşlarına öz səhmlərini satmaq imkanı təqdim edilib.

Ümumilikdə 6.6 milyard dollar məbləğində kağızlar satılıb, halbuki icazə 10.3 milyard dollara qədər satışı nəzərdə tutub.

Qeyd edək ki, cari ilin aprelində tamamlanan investisiya raundunda "OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti