Bakı. Trend:
Fabio Kannavaro Özbəkistan yığmasının baş məşqçisi postuna keçməyə razılıq verib.
Trend-in məlumatına görə, bu barədə insayder jurnalist Fabrisio Romano bildirib.
Xatırladaq ki, Özbəkistan millisi 2026-cı ildə tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək. Hazırda komandanın baş məşqçisi vəzifəsini Timur Kapadze icra edir.
Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya yığmasının heyətində futbolçu kimi dünya çempionu olub və həmin ildə "Qızıl top"a layiq görülüb.