...

Ağ Ev şatdaun fonunda hökumət işçilərini ixtisar etməyə hazırdır

Dünya xəbərləri Materials 3 Oktyabr 2025 06:49 (UTC +04:00)
Ağ Ev şatdaun fonunda hökumət işçilərini ixtisar etməyə hazırdır

Bakı. Trend:

Ağ Ev artıq kadr səviyyələri ixtisara düşəcək ABŞ qurumlarının siyahısını tərtib edib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı hökumət rəsmlərinə istinadən xəbər verib.

"Biz sabah, şənbə və ya bazar günü işçilərin ixtisarını elan edə bilərdik", - deyə telekanalın mənbələrindən biri bildirib.

Siyahı Ağ Evin İnzibati və Büdcə İdarəsi tərəfindən hazırlanıb və administrasiya ixtisarların bəzi təfərrüatlarını dəqiqləşdirir.

Bildirilib ki, Prezident Donald Tramp İdarənin direktoru Rassel Vout ilə gündə bir neçə dəfə görüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti