Bakı.Trend:
Sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, sistemli risklər yarada bilər.
Trend bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir:
"Bu məsələni yalnız sahəvi qurumların deyil, hər birimizin - vətəndaşların və iqtisadi iştirakçıların - ekosistem kimi qəbul etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır".
M. Cabbarov əlavə edib ki, bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə əlaqəlidir.