Bakı. Trend:
Alimlər iqlim dəyişikliyi səbəbindən Böyük Britaniyada tropik xəstəlik daşıyıcısı olan ağcaqanadların yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin tədqiqat qrupları ölkədə iki təhlükəli növün: misir ağcaqanadının və Asiya pələngi və ya meşə ağcaqanadının izinə düşüblər.
Bu ağcaqanadlar ilk dəfə ölkədə qeyri-yerli həşəratların aşkarlanması üçün qurulmuş xüsusi tələ vasitəsilə aşkarlanıb.