...

Rəqabət mühiti zəif olduqda inhisarçılıq yaranır, qiymətlər artır - Deputat

İqtisadiyyat Materials 3 Oktyabr 2025 11:05 (UTC +04:00)
Rəqabət mühiti zəif olduqda inhisarçılıq yaranır, qiymətlər artır - Deputat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabətin zəif olduğu hallarda inhisarçılıq yaranır, qiymətlər artır və innovasiya imkanları məhdudlaşır.

Trend xəbər verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda deputat Azər Əmiraslanov deyib.

O qeyd edib ki, dövlətlərin məqsədi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaqdır:

"Bu, həm bazar iştirakçıları arasında ədalətli mühit formalaşdırır, həm də innovasiyaların inkişafını stimullaşdırır. Sağlam rəqabət siyasəti sahibkarlıq subyektləri üçün bərabər imkanlar yaratmaqla yanaşı, bazarda şəffaflığın təmin edilməsinə xidmət edir. Bu isə istehsalçı və istehlakçılar arasında ədalətli münasibətlərin formalaşmasına şərait yaradır.

Deputat bildirib ki, dövlətin qarşısında duran əsas vəzifə rəqabət mühitinin gücləndirilməsi, maneələrin aradan qaldırılması və sahibkarların fəaliyyətinə daha əlverişli şəraitin təmin edilməsidir.

Xəbər lenti

Xəbər lenti