...

MDB Oyunları: Batut gimnastikası üzrə Azərbaycan komandası gümüş medal qazanıb (FOTO)

İdman Materials 2 Oktyabr 2025 21:43 (UTC +04:00)
MDB Oyunları: Batut gimnastikası üzrə Azərbaycan komandası gümüş medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

III MDB Oyunlarında batut gimnastikası üzrə yarışın ikinci günündə qadın, kişi və qarışıq cütlüklərin sinxron proqramda təsnifat mərhələsi yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmiz sinxron proqramda üç kateqoriyada təmsil olundu: qadın cütlüklər – Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişi cütlük Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq cütlük – Selcan Mahsudova və Maqsud Mahsudov.

Komanda hesabında baş tutan mükafatlandırma mərasimində təmsilçilərimiz Maqsud Mahsudov, Mehdi Əliyev, Nicat Mirzəyev və Hüseyn Abbasov gümüş medalın sahibi oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti