...

Qazaxıstan Aktau-Bakı-Ceyhanı neft nəqli üçün strateji marşrut hesab edir

İqtisadiyyat Materials 3 Oktyabr 2025 09:38 (UTC +04:00)
Qazaxıstan Aktau-Bakı-Ceyhanı neft nəqli üçün strateji marşrut hesab edir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir.

Trend Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib.

Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

“Bizim ölkə üçün Aktau-Bakı-Ceyhan marşrutu strateji əhəmiyyət daşıyır. Eyni zamanda strateji ehtiyat qismində Bakı-Supsa istiqamətindən istifadə qalmaqdadır”,- deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti