Bakı. Trend:
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunacaq.
Daha əvvəl bu səlahiyyət yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə məxsus idi.