...

Xaçmazda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib (FOTO)

Gündəm Materials 3 Oktyabr 2025 18:00 (UTC +04:00)
Xaçmazda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, regionda çalışan qabaqcıl təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafı istiqamətində gördüyü işlərdən və müəllimlərlə görüşlərindən bəhs edən film nümayiş etdirilib.

Çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əldə olunan uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxışında xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu bildirib.

Digər çıxış edənlər – Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan təhsil işçisi Məhərrəm Abasov, şəhid anası, Hacıisaoba kənd ibtidai məktəbinin müəllimi Bibixanım Mirzəmmədova, şəhid övladı, Qaradağ-Buduq kənd ümumi orta məktəbinin direktoru Yeganə Musayeva Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Toplantıda təhsil sahəsində çalışan şəhid ailələrinin üzvləri və regionun qabaqcıl müəllimləri Elm və Təhsil Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılıb.

Tədbir geniş konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti