...

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 3 Oktyabr 2025 16:41 (UTC +04:00)
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti