...

Bank sektorunun maliyyələşmə xərcləri artıb

İqtisadiyyat Materials 3 Oktyabr 2025 18:00 (UTC +04:00)
Bank sektorunun maliyyələşmə xərcləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sektorun maliyyələşmə xərcləri artmaqdadır.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun faiz xərcləri 55 % artaraq 854 milyon manat təşkil edib. Artımın 70%- ə yaxın hissəsini depozitlər üzrə faiz xərcləri təşkil edir.

Məlumata görə, faiz xərcləri üzrə artımın 43%-ni müddətli depozitlər üzrə, 22%-ni isə hüquqi şəxslərin tələbli depozitləri üzrə maliyyələşmə xərci təşkil edib. Qeyd edilib ki, son dövrlər banklarda daha dayanıqlı maliyyələşmə hesab olunan müddətli depozit bazasının genişlənməsi, eyni zamanda əvvəlki dövrlərdə banklarda faizsiz və ya aşağı faizlə depozit saxlayan hüquqi şəxslər üzrə banklar tərəfindən daha yüksək faizlərin təklif olunması hüquqi şəxslərin depozitləri üzrə faiz xərclərinin artmasına səbəb olub.

Vurğulanıb ki, fiz xərclərinin artımı fonunda sektorun xalis faiz spredi cüzi daralıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün faizli maliyyələşmə mənbələrinin dəyəri 0.9 faiz bəndi artaraq 5.7%-ə, aktivlərin gəlirliliyi isə 0.7 faiz bəndi artaraq 11.2%-ə çatıb. Nəticədə ötən ilin birinci yarımili ilə müqayisədə faiz spredi 0.2 faiz bəndi daralıb.

Qeyd edilib ki, qeyri-faiz xərclərinin artımı fonunda bank sektoru üzrə səmərəlilik göstəricisində geriləmə müşahidə edilib. 2024-cü ilin birinci yarımili ilə müqayisədə bankların qeyri-faiz xərcləri 16% (203 milyon manat) artaraq 1.5 milyard manata çatıb. Artımın əsas drayveri əmək haqqı və digər kompensasiya xərcləri (71 milyon manat) və haqq/komissiya xərcləri (87 milyon manat) olub. Qeyri-faiz xərclərinin artım tempinin xalis faiz və qeyrifaiz gəlirlərinin artım tempini üstələməsi fonunda sektorun səmərəlilik göstəricisi4 2 faiz bəndi geriləyərək 52%-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti