...

ABŞ dövlət qiymətli kağızlarına investisiyalar üzrə artım 1.13 milyard manat olub - AMB

İqtisadiyyat Materials 3 Oktyabr 2025 17:39 (UTC +04:00)
ABŞ dövlət qiymətli kağızlarına investisiyalar üzrə artım 1.13 milyard manat olub - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bankların qiymətli kağızlar portfeli üzrə son rübdə artım müşahidə edilib. 2024-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelinin həcmində 6.2% (584 milyon manat) artım qeydə alınıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bununla yanaşı, ümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17.7%-dən 17.5%-ə dəyişib.

"ABŞ dövlət qiymətli kağızlarına investisiyalar üzrə artım 1.13 milyard manat (80.6% artım) olub. 2025-ci il ərzində MN tərəfindən kütləvi emissiyalarda azalma fonunda son 6 ay ərzində MN-in qiymətli kağızlarına investisiyalar 347 milyon manat (7.8%) azalıb", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti