...

İngiltərə Kilsəsinə ilk dəfə qadın arxiyepiskop təyin edilib

Dünya xəbərləri Materials 3 Oktyabr 2025 14:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sara Mallali yeni Kenterberi arxiyepiskopu təyin olunub.

Trend xəbər verir ki, bununla da İngiltərə Kilsəsinə 1 400 illik tarixində ilk dəfə bir qadın rəhbərlik edəcək.

Bununla da 63 yaşlı Mallali dünyada 85 milyonluq anglikan icmasının da rəsmi rəhbəri olub.

XXX

14:20

Bu gün İngiltərə Kilsəsinə rəhbərlik edəcək yeni Kenterberi arxiyepiskopu açıqlanacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, əsrlərdir mövcud olan bu quruma ilk dəfə bir qadın başçılıq edə bilər.

Keçmiş rəhbər Castin Uelbinin ötən il uşaq istismarını gizlətmə qalmaqalı səbəbilə istefasından sonra aparılan islahatlar nəticəsində qadınların yepiskop kimi təyin olunmasına icazə verilib. Bu dəyişiklik indi onların İngiltərənin rəsmi kilsəsində ən yüksək vəzifəyə gətirilməsini mümkün edir.

“Əgər yeni arxiyepiskop bir qadın olsa, bu inanılmaz dərəcədə həyəcanverici olar. Bu, 597-ci ildən başlayan tarixdə ilk dəfə baş verəcək… Bu, çox mühüm hadisə olar”, - deyə Kenterberi dekanı Devid Monteyt bildirib.

Ən yaxın namizədlər arasında üç qadın yepiskop var:

Kilsənin ilk qadın yeparxiya yepiskopu Reyçel Trevik, 1979-cu il İslam İnqilabından sonra valideynləri ilə birlikdə qaçqın kimi Britaniyaya gələn, iran əsilli yepiskop Quli Fransis-Dehqani və Londonda əsas yeparxiyaya rəhbərlik edən yepiskop Sara Mallali 106-cı Kenterberi arxiyepiskopu olmaq üçün bukmekerlərin siyahısında öncüllər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti