Qeyri-işlək kreditlər
Bakı. Trend:
Bu ilk 6 ayı ərzində bank sektoru üzrə 56.7 milyon manat məbləğində silinmə baş verib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, silinmələr əsasən istehlak portfeli üzrə olub: "Belə ki, dövr ərzində silinmələrin 61.1%-i (34.61 milyon manat) istehlak portfeli üzrə, 38.8%-i (22 milyon manat) isə biznes portfeli üzrə olub. Biznesin kreditlərinin cəmi 2.8%-i qeyri-işlək statusundadır".
Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin (QİK) həcmi 14.9% artaraq 431 milyon manat təşkil etmişdir. QİK əmsalı isə 0.3 faiz bəndi artaraq 2.8% təşkil edib. Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən tikinti sektoru üzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir", - deyə məlumatda qeyd edilib.