...

Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb

İqtisadiyyat Materials 3 Oktyabr 2025 13:39 (UTC +04:00)
Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,9 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin sentyabrın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 174,2 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 1,5 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi çoxdur.

Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə manatın ümumi real effektiv məzənnəsi 114,7 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 0,9 faiz bəndi çox, illik müqayisədə isə 4,1 faiz bəndi azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 111,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 0,9 faiz bəndi artıb, illik ifadədə isə 3,6 faiz bəndi azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti