Bakı. Trend:
Cari ilin avqust ayında Real Vaxt Rejimində Hesablaşmalar sistemində həyata keçirilmiş maliyə əməliyyatlarının həcmi məbləğ baxımından 68,3 milyard manatı ötüb, kəmiyyət baxımından isə 360,9 min ədəd olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni ayı ilə müqayisədə sistemdə həyata keçirilmiş maliyyə əməliyyatlarının həcmi məbləğ baxımından 13,9 milyard manat və 25,6 faiz, kəmiyyət baxımından isə 71,5 min ədəd 24,7 faiz artıb.
2024-cü ilin avqust ayında AZIPS vasitəsilə ölkədə həyata keçirilmiş maliyyə əməliyyatlarının ümumi həcmi 54,4 milyard manatı ötüb, kəmiyyət baxımından isə 289,4 min ədəd olub.