...

Qusarın Laza kəndinin yolu lil və palçıqdan təmizlənir (VİDEO)

Cəmiyyət Materials 3 Oktyabr 2025 13:43 (UTC +04:00)
Qusarın Laza kəndinin yolu lil və palçıqdan təmizlənir (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

Trend xəbər verir ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Agentlikdən bildirilib ki, görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.

Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axınınəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir zamanda bərpa olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti