...

Ötən ay nöqsanlar aşkarlanan apteklərin sayı açıqlandı

Cəmiyyət Materials 3 Oktyabr 2025 17:08 (UTC +04:00)
Ötən ay nöqsanlar aşkarlanan apteklərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Analitik Ekspertiza Mərkəzi cari ilin sentyabr ayında apteklərdə aparılmış yoxlamaların nəticələri barədə məlumat təqdim edir. Qeyd olunan dövr ərzində ümumilikdə 37 aptekdə yoxlama aparılmışdır.

Trend xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, onlardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

"Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilmişdir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti