...

Baş nazirdən AZCON-la bağlı QƏRAR

Gündəm Materials 3 Oktyabr 2025 15:51 (UTC +04:00)
Baş nazirdən AZCON-la bağlı QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, sözügedən qərar “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) idarəetməsinə verilmiş hüquqi şəxslərə şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti