Bakı. Trend:
Bazar üzrə dedollarlaşma trendləri davam edir.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, 2025-ci ilin birinci yarısında bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.5 faiz bəndi azalaraq 14.6% (tarixi minimum) olub.
Bildirilib ki, depozit portfeli üzrə dollarlaşmada artım qeyd olunsa da, artım əsasən hüquqi şəxslərin tələbli depozitlər əsasında formalaşır.
Qeyd edilib ki, 2024-cü ilin sonuna nisbətdə depozit portfelində dollarlaşma 3.3 faiz bəndi artaraq 40.8%-ə yüksəlib.