...

“İnklüzivlik ayı”na həsr olunan maarifləndirici tədbir keçirilib (FOTO)

Gündəm Materials 3 Oktyabr 2025 18:08 (UTC +04:00)
“İnklüzivlik ayı”na həsr olunan maarifləndirici tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyi, ABA Klinika və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə “Hər uşaq bir dünyadır!” adlı maarifləndirici tədbir keçirilib. Məqsəd inklüziv təhsil imkanlarını genişləndirmək, ictimai maarifləndirməni gücləndirməkdir.

Tədbir çərçivəsində AREA Akademiyasının stendində robotexnika sərgisi təqdim edilib, iştirakçılara texnologiya və yeniliklər barədə əyani məlumat verilib. ABA Klinikanın əməkdaşları isə inklüziv təhsil və psixoloji dəstək mövzusunda maarifləndirici təlim keçirib, iştirakçılara nəzəri və praktiki məlumatlar təqdim ediblər.

Maarifləndirici tədbir iştirakçıların həm nəzəri biliklərini artırmağa, həm də inklüziv dəyərləri praktik şəkildə öyrənmələrinə xidmət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti