Bakı. Trend:
Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,767 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq müqayisədə 86,6 milyon manat və ya 0,2%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,7 milyard manat və ya 6,1% çoxdur.
Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,806 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 144 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,5 milyard manat və ya 4,3% çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,127 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 105 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 820 milyon manat və ya 2,9% çoxdur.
Eyni zamanda, bu ilin sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,829 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 171 milyon manat və ya 1%, ötən ilin eyni dövrünə nisbətən isə 932 milyon manat 5,9% çoxdur.