Bakı. Trend:
Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad Respublikasının Ncamena şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, millət vəkili səfər çərçivəsində həmin şəhərdə keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında iştirak edəcək.
Deputatın plenar iclasda çıxışı nəzərdə tutulub.
Qeyd edilib ki, səfər oktyabrın 7-də başa çatacaq.