...

Deputat İstanbulda terrorizmlə mübarizəyə dair beynəlxalq konfransda iştirak edəcək

Cəmiyyət Materials 3 Oktyabr 2025 15:46 (UTC +04:00)
Deputat İstanbulda terrorizmlə mübarizəyə dair beynəlxalq konfransda iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Ceyhun Məmmədov oktyabrın 6-da Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyətinin tərkibində iştirak edəcək.

Qeyd edilib ki, səfər oktyabrın 9-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti