Bərdə. Trend:
Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 03.10.2025-ci il tarixində saat 15:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, sağ bud sümüyünün burmaaltı çoxqəlpəli yerdəyişmiş sınığı, sağ göz altının əzilmiş cırılmış yarası diaqnozları təyin edilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
xxx
16:10
Xəbər verildiyi kimi, Bərdədə avtomobil su kanalına düşüb.
Trend-in yerli müxbiri xəbər verir ki, VAZ 2106 markalı avtomobilin sürücüsü Bərdə rayon sakini 2000 - ci il təvəllüdlü Mustafazade Elgün İdarəetməni itirərək su kanalına düşüb.
Sürücü E. Mustafazadə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.
xxx
15:45
Bərdədə avtomobil kanala düşüb.
Trend xəbər verir ki, hadisə Qarabağ kanalının Bərdə rayon Bala Ərəblər kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə yerinə FHN -nin Qarabağ regional idarəsinin Xilasedici qrupu çağrılıb.
Hazırda avtomobilin sürücüsünün kimliyi, xəsarət alanların olub-olmadığı araşdırılır.