...

İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

Gündəm Materials 3 Oktyabr 2025 15:48 (UTC +04:00)
İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti