...

Bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib

Cəmiyyət Materials 3 Oktyabr 2025 17:18 (UTC +04:00)
Bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tarif (qiymət) Şurasının 3 oktyabr 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Trend xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qərar 7 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 mart tarixli 130 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”ndan “və Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılmışdır. Bununla əlaqədar Şuranın 2022-ci il 26 iyul tarixli 6 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti