...

Azərbaycandan Çexiyaya pul köçürmələrinin həcmi artıb

İqtisadiyyat Materials 3 Oktyabr 2025 14:13 (UTC +04:00)
Azərbaycandan Çexiyaya pul köçürmələrinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk altı ayında Azərbaycandan olan fiziki şəxslərin Çexiyaya etdiyi pul köçürmələrinin həcmi 2,134 milyon ABŞ dolları təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 253 min dollar və ya 13,5 faiz çoxdur.

Hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricində edilən pul köçürmələrinin ümumi həcmində Çexiyanın payı 0,9 faiz təşkil edir.

2024-cü ilin ilk yarım ilində Azərbaycandan Çexiyaya edilən pul köçürmələrinin həcmi 1,881 milyon dollar təşkil edib.

2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti