...

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 3 Oktyabr 2025 14:40 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 516,592 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 7,1 milyon manat və ya 1,4%, ötən ilin eyni dövrünə nisbətən isə 51,034 milyon manat və ya 11% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,64%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 515,429 milyon manatı milli valyutada, 1,163 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 8 milyon manat və ya 61,7% artaraq, 12,933 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 13,84% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 12,053 milyon manatı milli valyutada, 8,857 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 28,705 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 206,7 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,629 milyard manat və ya 10,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti