Bakı. Trend
Azərbaycanda "Dövlət Satınalmaları haqqında" qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Trend xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda deyib.
Onun sözlərinə görə, toplanılan təcrübə əsasında mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır və bu proses vaxt tələb edir.
Agentlik sədri bildirib ki, 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” qanun çərçivəsində tənzimləyici orqan kimi artıq müəyyən təcrübə qazanılıb:
“Həm təcrübəçi şirkətlərdən, həm də satıcı şirkətlərdən geri dönüşlər alınıb. Qanun gündəlik həyatımızda yaşayan bir orqanizmdir. Onun normalarının mövcud situasiyaya uyğun olub-olmamasını yalnız təcrübə göstərir. Bu təcrübə artıq agentlikdə formalaşıb”.
E. Bağırov vurğulayıb ki, bu təcrübəni genişləndirmək üçün hazırda beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.