...

MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər

İdman Materials 3 Oktyabr 2025 15:31 (UTC +04:00)
MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir.

Trend xəbər verir ki, Azərbaycan təmsilçiləri 4 kateqoriyada 1/4 finala yüksəliblər.

Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0.

Qadınların fərdi mübarizəsində isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovaya 2:0 hesabı ilə qalib gəlib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistandan üstün olub. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib - 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli və Aysel Kazımova cütü Qazaxıstandan olan Yerassil Akhmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti