Bakı. Trend:
Ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər artım olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin ilk yarısına kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaarq 1201 təşkil edib. Məlumata görə, depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 8 vahid azalaraq 1645 təşkil edib. Bildirilib ki, aktivlər üzrə HHI indeksi göstəricisi 5 vahid artaraq 1480 təşkil edib.
"Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (15002500). HHİin dəyəri 0-10000 arasında dəyişir.