...

Ağ Ev Çikaqo infrastruktur layihələrinin maliyyələşməsini dayandırıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2025 23:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Evin İdarəetmə və Büdcə İdarəsi Çikaqoda infrastruktur layihələri üçün nəzərdə tutulmuş 2,1 milyard dollarlıq maliyyəni dayandırıb.

Trend-in məlumatına görə, bu barədə idarənin rəhbəri Rassel Vout sosial şəbəkə platforması X-də açıqlama yayıb.

“Maliyyələşdirmənin irqə əsaslanan müqavilələr vasitəsilə yönəldilməməsi üçün vəsait dayandırılır”, – deyə o bildirib.

Məsələ iki böyük təşəbbüslə bağlıdır: Qırmızı Xəttin Uzadılması – yeni stansiyaların inşası ilə metro xəttinin 5,5 mil uzadılması, eləcə də Qırmızı və Bənövşəyi Modernləşdirmə Layihəsi – həmin xətlər üzrə infrastrukturun yenilənməsi.

Xəbər lenti

Xəbər lenti