...

Böyük Britaniya lazer hücumlarına qarşı sensorlar hazırlayır

Dünya xəbərləri Materials 3 Oktyabr 2025 20:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya düşmənlərin peykləri kor etmək və ya rabitəni kəsmək üçün istifadə edə biləcəyi lazer hücumlarına qarşı sensorlar hazırlayır.

Trend xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Məlumata görə, layihəyə təxminən 500 min funt sterlinq ayrılacaq. Prosesə Böyük Britaniya Kosmik Komandanlığı və Kosmik Agentliyi cəlb olunub.

Qeyd edək ki, yayda dərc olunan hökumət sifarişli təhlükəsizlik icmalında bildirilmişdi ki, Britaniya rəqib ölkələrin kosmosdakı hücum imkanlarını inkişaf etdirməsi fonunda hərbi kosmik sistemlərini təcili şəkildə gücləndirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti