...

Ronaldu Portuqaliya millisinin heyətinə çağırılıb

İdman Materials 3 Oktyabr 2025 22:43 (UTC +04:00)
Ronaldu Portuqaliya millisinin heyətinə çağırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya millisinin heyətinə dəvət olunub.

Trend-in məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti açıqlama yayıb.

Portuqaliya millisi oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan komandası ilə qarşılaşacaq.

İki turdan sonra Portuqaliya altı xalla F qrupunun lideridir. 40 yaşlı Ronaldu indiyədək millidə 223 oyun keçirib, 141 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti