Bakı. Trend:
03.10.2025-ci il tarixində saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Trend-in məlumatına görə, bu barədə TƏBİB açıqlama yayıb.
Dərhal təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub. Briqada tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.