...

Bakıda yol qəzası ilə bağlı yayılan məlumatlar yanlışdır

Cəmiyyət Materials 3 Oktyabr 2025 23:53 (UTC +04:00)
Bakıda yol qəzası ilə bağlı yayılan məlumatlar yanlışdır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyi açıqlayıb.

Halbuki belə olub:

Bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti