Bakı. Trend:
Böyük Britaniyanın Suffolk qraflığında baş verən güclü tufandan sonra dəniz dalğaları sahilə olduqca qeyri-adi, parlaq tüklü sirli bir məxluq çıxarıb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, məxluqu itlə gəzintiyə çıxan bir cütlük aşkar edib. Dəniz canlısının uzunluğu ən azı 15 santimetr təşkil edib.
Qeyd edilir ki, bu nadir onurğasız canlı, əsasən Aralıq dənizi və Atlantik okeanının dərin sularında məskunlaşır.