Bakı. Trend:
Daha bir zəlzələ Kamçatkada 5,7 bal gücündə baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi açıqlama yayıb.
Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 203 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 55 km dərinlikdə yerləşib.