...

Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Materials 3 Oktyabr 2025 20:39 (UTC +04:00)
Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev rəsmi "Instagram" hesabında 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə verrmişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti