Bakı. Trend:
Nyu-York məhkəməsi reper və iş adamı Şon Kombsu (P.Diddi) dörd il iki ay müddətinə azadlıqdan məhrum edib.
Trend-in məlumatına görə, bu barədə "NBC News" telekanalı xəbər yayıb.
Bildirilir ki, reper insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilinib. Prokurorlar isə məhkəmədən ona 11 ildən artıq həbs cəzası tələb edirdilər.
Qeyd edək ki, 2025-ci ildə P.Diddi reket və insan alveri ilə bağlı daha ağır ittihamlar üzrə bəraət almışdı.