...

Praqa hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Praqanın Vatslav Havel beynəlxalq hava limanında pilotsuz uçuş aparatlarının buraxılacağı barədə telefonla verilən təhdiddən sonra qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

Trend-in məlumatına görə, bunu “ČTK” agentliyinə açıqlamasında hava limanının mətbuat katibi Denis Heytmankova bildirib.

Onun sözlərinə görə, polis anonim zənglə verilən xəbərdarlığı araşdırır:
“Dronların yaxınlaşması ilə bağlı anonim təhlükə ilə əlaqədar polis Praqanın Vatslav Havel hava limanında əməliyyat keçirir. Hava limanı fəaliyyətini məhdudiyyətsiz davam etdirir”.

Məlumata əsasən, naməlum şəxs ingilis dilində zəng edərək hava limanına doğru çoxsaylı dronların hərəkət etdiyini bildirib.

Hazırda hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Təhlükə təsdiqlənərsə, hava limanı üzərindəki hava məkanı və ora aparan yollar dərhal bağlanacaq.

Xəbər lenti

Xəbər lenti