...

DÇ: Ukrayna Paraqvayı məğlub edərək pley-offa lider kimi yüksəldi

İdman Materials 4 Oktyabr 2025 05:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

20 yaşadək futbolçular arasında dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Ukrayna millisi Paraqvay üzərində qələbə qazanıb.

Trend-in məlumatına görə, Çilinin paytaxtı Santyaqoda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Ukraynanın qollarını Maksim Derkaç (46-cı dəqə) və Matvey Ponomarenko (80-ci dəqə) vurublar. Paraqvay isə Sezar Minyonun (69-cu dəqə) qolu ilə fərqlənib.

Baş məşqçi Dmitri Mixaylenkonun rəhbərliyi altında Ukrayna yeddi xal toplayaraq B qrupunda birinci olub və 1/8 finala vəsiqə qazanıb. Paraqvay isə dörd xalla ikinci yerdən növbəti mərhələyə yüksəlib.

Qrupun digər iştirakçıları – Cənubi Koreya (4 xal) üçüncü, Panama (1 xal) isə dördüncü yerdə qərarlaşıb. Koreya reytinqə görə pley-off şansı saxlayır, Panama isə turniri tərk edib.

1/8 finalda Ukrayna A, C və ya D qrupunda üçüncü yeri tutan komanda ilə qarşılaşacaq. Oyun oktyabrın 8-də, Bakı vaxtı ilə saat 03:00-da keçiriləcək.

Qeyd edək ki, sonuncu U-20 dünya çempionatında 2023-cü ildə Uruqvay İtaliyanı finalda 1:0 hesabı ilə məğlub edərək qalib olmuşdu.

Xəbər lenti

Xəbər lenti