Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə Portlenddə iğtişaşların qarşısını almaq və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) obyektlərini qorumaq üçün bütün mövcud hərbi qüvvələri yerləşdirməyi tapşırıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı açıqlama verib.
Livittin sözlərinə görə, “Prezident Heqsetə müharibədən dağılmış Portlendi və Antifa ilə digər solçu yerli terrorçuların hücumu altında olan hər hansı ICE obyektlərini qorumaq üçün bütün lazımi qoşunları təmin etməyi tapşırıb”.