...

“Boko Haram” hücumu nəticəsində minlərlə sakin Kameruna qaçıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 03:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Boko Haram” silahlı qruplaşmasının Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatının Kirava şəhərinə hücumu nəticəsində minlərlə sakin qonşu Kameruna sığınıb.

Trend-in məlumatına görə, bu barədə yerli silahlı dəstələrə qarşı mübarizə aparan qüvvələrin komandiri Ömər Ari oktyabrın 3-də açıqlama verib.

Onun sözlərinə görə, onlarla “Boko Haram” üzvü ötən gecə Kamerunla sərhəd yaxınlığında yerləşən Kirava şəhərinə hücum edərək şəhəri ələ keçirməyə cəhd edib. Hücum nəticəsində sakinlərin evləri yandırılıb və təxminən beş min nəfər şəhəri tərk etmək məcburiyyətində qalıb.

“Kirava İnkişaf Cəmiyyəti”nin rəhbəri və yerli icra nümayəndəsi Yaqub Əli bildirib ki, qaçan sakinlərin təxminən üç min nəfəri çayı keçərək Kameruna sığınıb, qalanları isə yaxın kəndlərə üz tutub.

Borno ştatı və ümumilikdə Nigeriyanın şimal-şərqi vaxtaşırı “Boko Haram” hücumlarına məruz qalır. 2014-cü ildə qruplaşma Qouza şəhərini ələ keçirsə də, Nigeriya ordusu Çad ordusunun dəstəyi ilə şəhəri geri qaytara bilib.

Xəbər lenti

Xəbər lenti