...

Fransanın Nitsa şəhərində atışma qeydə alınıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2025 04:31 (UTC +04:00)
Fransanın Nitsa şəhərində atışma qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Nitsa şəhərinin qərbində, hava limanı yaxınlığındakı Mulen rayonunda silahlı insident baş verib.

Trend xəbər verir ki, bu barədə Alp-Dəniz Departamentinin prefekturasının məlumat yayıb.

Atışma nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır, üçünün isə yüngül olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım qüvvələri cəlb olunub. Prefektura əlavə edib ki, daxili işlər naziri Bruno Retalleau bölgədə asayişin təmin olunması üçün əlavə polis qüvvələrinin yerləşdirilməsinə göstəriş verib.

Məlumata əsasən, sərnişin kimi olduğu avtomobildən düşən şəxs Kalaşnikov avtomatından atəş açıb. Hadisənin narkotik alveri ilə bağlı olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti